Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Moskvada keçiriləcək Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan”a XİN-dən məlumat verilib.
“Səfər çərçivəsində Bayramovun tədbirdə çıxışı planlaşdırılır. Həmçinin nazir ikitərəfli görüşlər keçirəcək”, - nazirliyin məlumatında qeyd olunur. **
X.Nəsirzadə