ABŞ-da hesab edirlər ki, İsrail Müdafiə Ordusu (İMO) Qəzza zolağının cənubunda Fələstin anklavının şimalında olduğundan daha diqqətli hərəkət edəcək. Bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bəyan edib.
"Biz cənubda şimaldakı kimi həyata keçiriləcək hərbi kampaniyanı görmək istəmirik... İsraillilər bizə planlarından danışdılar (...). Onlar sakinlərin kütləvi köçürülməsinin baş verməməsinə və mülki əhali arasında qurbanların olmamasına çalışacaqlarını söyləyiblər", - Miller brifinqi zamanı İsrail hakimiyyəti ilə danışıqlar barədə məlumat verib.
O, həmçinin mülki vətəndaşların fəal hərbi əməliyyat zonalarından təxliyəsini asanlaşdırmaq məqsədilə İsrailin Qəzza zolağının yüzlərlə kiçik zonaya bölünməsini «yaxşılaşma» adlandırdı.
«İndi biz daha nöqtəvi xarakterli təxliyə tələblərini görürük, İsrail qüvvələri hərbi əməliyyatlar keçirməyi planlaşdırdıqları konkret rayonları ayırıblar və bu əməliyyatlar başlamazdan əvvəl insanlardan yalnız bu rayonlardan ayrılmalarını istəyiblər», - Dövlət Departamentinin nümayəndəsi izah edib.
Bununla yanaşı, o qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinkenin bəyan etdiyi kimi, «təkcə niyyət deyil, nəticələr də vacibdir» və bu səbəbdən Dövlət Departamenti vəziyyəti diqqətlə izləməyə davam edir. **