Şərqi Zəngəzur İqtisadi Rayonu 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisinə 46 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “19 Saylı Tikinti Təmir İdarəsi” MMC ilə 45,74 milyon manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 27 sentyabr 2024-cü il tarixinə qədərdir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2023-cü il mayın 4-də Cəbrayıl rayonunun Horovlu kəndinin təməlini qoyub.
Kəndin layihələndirilən ümumi ərazisi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.*
R.Kərimov