Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, gələn il üçün yaşayış minimumu 270 manat məbləğində (2023-cü ilin göstəricisi ilə müqayisədə artım 9,75%) təsdiq edilib.
2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat (2023-cü ildə 261 manat), pensiyaçılar üçün 222 manat (2023-cü ildə 199 manat), uşaqlar üçün 235 manat (2023-cü ildə 220 manat) məbləğində müəyyən edilib.
Bundan başqa, parlament ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddini 270 manat (2023-cü ildə 246 manat, artım 9,75%) məbləğində təsdiq edib.*
X.Nəsirzadə