“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Xocavənd rayonu ərazisində yerləşən Tuğ kəndi yaşayış məntəqəsinin tikinti layihəsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinə “AZ TECHNOCON GROUP” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 702,806 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlər 65 təqvim günü ərzində yerinə yetirilməlidir.*
B.Rüstəmbəyov