Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Füzuli Peşə Liseyinin binasının tikintisinə 37 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Global Interiors Group” MMC olub.
Təklifin dəyəri 36,756 milyon manatdır.
Şərtlərə görə, Füzuli Peşə Liseyinin binasının tikintisi işləri 28 ay ərzində həyata keçirilməlidir.*
R.Kərimov