Israil Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyat zamanı Fələstinin HƏMAS qruplaşmasının batalyonlarının təxminən yarısını ləğv edə bilib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı bəyan edib.
«Biz HƏMAS-ın batalyonlarının komandirlərinin təxminən yarısını məhv etdik», - “The Times of Israel” onun sözlərindən sitat gətirir. Nəşr izah edir ki, HƏMAS-ın hərbi dəstələrinin 24 batalyona bölündüyü hesab olunur.
Netanyahu əlavə edib ki, HƏMAS «artıq heç zaman İsrail üçün təhlükə olmayacaq».
O, bir daha Qəzza zolağının silahsızlaşdırılmasının tərəfdarı olduğunu bildirib. "Və buna nail ola biləcək yeganə qüc isə İsrail Müdafiə Ordusudur. Heç bir beynəlxalq qüc belə nəticəni təmin edə bilməz", - İsrailin baş naziri əlavə edib. **