Fələstinin HƏMAS qruplaşmasında bəyan ediblər ki, İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırmayana qədər girovları azad etmək niyyətində deyillər.
«The Jerusalem Post» nəşrinin məlumatına görə, bu mövqeyi çərşənbə axşamı HƏMAS rəhbərlərindən biri Usama Xamdan səsləndirib.
"Hesab edirik ki, israilli girovların həyatlarına görə məsuliyyəti Netanyahu (İsrailin baş naziri Benyamin Netanyahu - İF) daşıyır. Bundan başqa, o, girov mübadiləsi ilə bağlı razılaşmaların sona qədər yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır", - o bildirib.
Dəqiqləşdirilmiş məlumatlara görə, hazırda Qəzza zolağındakı Fələstin qruplaşmaları hələ də 138 nəfəri girov saxlayır. **