Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8347 manat/1EUR səviyyəsində (dekabrın 5-nə 1.8435 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0183 manat/1RUB səviyyəsində (dekabrın 5-nə 0.0186 manat/1RUB) müəyyən edib.
AMB dekabrın 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0588 manat/1TRY səviyyəsində saxlayıb.**
B.Rüstəmbəyov