İrəvanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Bakıya qarantiya lazımdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır”, - Əliyev çərşənbə günü “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
O qeyd edib ki, Azərbaycana bu lazımdır, “çünki biz bilirik Ermənistanda nə baş verir”, “bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”.
“İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”, - Əliyev əlavə edib ki, Ermənistan tərəfi tarxidə qalan “DQR” barədə unutmaq və sərhədlərin delimitasiyasına başlamaq lazımdır”.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi o qədər də həcmli deyil - «maksimum 6-7 səhifəlikdir, az sayda maddələr var».
Azərbaycan prezidenti bəyan edib ki, Ermənistanın Bakının sülh müqaviləsi ilə bağlı son təkliflərinə cavab verməsi iki aydan çox çəkib ki, bu da «yalnız Azərbaycanın xarici işlər naziri bunu bəyan etdirdikdən sonra» baş verib, bu da dövlət başçısının fikrincə, «prosesin Azərbaycanın deyil, məhz Ermənistanın yubatmasını bir daha göstərdi».
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin bu təkliflərini qiymətləndirir və zamanı gələndə öz təkliflərini İrəvana göndərəcək. **
R.Kərimov