2023-cü ilin yanvar-noyabr aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı $3 milyard 33,68 milyon təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
2023-cü ilin noyabr ayında qeyri-neft ixracının həcmi $321,85 milyon (2022-ci ilin noyabr ayı ilə müqayisədə +6,2%) təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı $3 milyard 47,67 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaq.**
B.Rüstəmbəyov