Azərbaycan prezidenti İlham Əliyev Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını (COP29) keçirməyə hazır olduğunu bildirib.
“Bunun yaxşı fikir olması ilə razıyam, indi bunun üzərində işləyirik, lakin hadisələri qabaqlamaq istəmirəm. Ümid edirəm ki, yaxın zamanda məsələ həll ediləcək, biz öz namizədliyimizi irəli sürdük (COP29 keçirmək üçün - İF)”, - Əliyev çərşənbə günü Bakıda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunun iştirakçılarının suallarına cavabında bildirib.
Bununla yanaşı, Əliyev hazırda həlli ilə bağlı işlər görülən bəzi problemlərin mövcudluğunu qeyd edib. "Ümid edirəm ki, çox tezliklə biz Bakıda konfransın keçirilməsi üçün problemləri həll edə biləcəyik və bu sülh istiqamətində əhəmiyyətli bir addım ola bilər (Ermənistanla – İF ilə). Azərbaycan növbəti COP29 konfransını keçirməyə hazırdır, nümayiş etdirmək üçün nailiyyətlərimiz mövcuddur”, - o vurğulayıb.
Azərbaycan lideri həmçinin qeyd edib ki, ənənəvi enerji ilə yanaşı Azərbaycan bərpa olunan enerji mənbələrinə investisiya qoyur ki, bu da ölkənin böyük məsuliyyətinin göstəricisidir.
Əliyev vurğulayıb ki, Azərbaycan bərpa olunan enerji hesabına elektrik enerjisi istehsalı sayəsində Avropaya əlavə 2,5 milyard kubmetr qaz ixrac edə bilər və bu hər iki tərəf üçün yaxşı variant olacaq. **
X.Nəsirzadə