Prezident İlham Əliyev bəyan edib ki, Bakı Ermənistandan Azərbaycanın ərazi bütövlüyünün imza ilə təsdiqlənməsini gözləyir.
“Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə (sülh müqaviləsində -İF) təsdiqlənməsini gözləyirik”, - Əliyev çərşənbə günü “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirakçıların suallarına cavabında bildirib.
Prezident əlavə edib ki, Azərbaycanın Ermənistan ərazisini işğal etmək kimi bir hədəfi yoxdur və bununla əlaqədar planların olması ilə bağlı Bakıya ünvanlayan ittihamlar əsassızdır. **
R.Əhmədov