Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Şəhram İranini qəbul edib, tərəflər hərbi sahədə əməkdaşlığın inkişafını müzakirə ediblər.
“Nazir hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb”, - Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
Öz növbəsində, İrani Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib. HDQ komandanı belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən əminliyini ifadə edib.
“Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb”, - nazirlikdən vurğulanır. **
R.Əhmədov