“Gen Pharma Caucasus Manufacturing Operations” MMC (Türkiyə) Azərbaycanda əczaçılıq məhsullarının istehsalı üzrə müəssisənin yaradılmasına 59,3 milyon manat (cari məzənnə ilə $34,9 milyon) sərmayə qoyacaq.
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) xəbər verir ki, “Gen Pharma Caucasus Manufacturing Operations” MMC Pirallahı Sənaye Parkının sayca 7-ci rezidenti oldu. Müəssisə məhz burada inşa olunacaq.
Müəssisənin tikintisi üçün Sənaye Parkında 7,8 hektar ərazi ayrılıb.
«Gen Pharma Caucasus Manufacturing Operations” müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (42 ad altında tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulun istehsal edəcək”, - İZİA qeyd edir.
Layihənin dəyəri 59,3 milyon manat təşkil edir, layihənin reallaşdırılması 165 nəfəri işlə təmin etməyə imkan yaradacaq. **
R.Əhmədov