Azərbaycan irezidenti İlham Əliyev bəyan edib ki, ölkənin dövlət qurumları işğaldan azad edilmiş ərazilərdə qanunsuz iqtisadi fəaliyyət nəticəsində ətraf mühitə dəymiş zərərin hesablamalarını davam etdirirlər.
"Biz milli sərvətlərimizin talanması ilə məşğul olan şirkətləri məsuliyyətə cəlb etmək üçün müxtəlif hüquq firmaları ilə işləyirik", - Əliyev çərşənbə günü Bakıda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
Onun sözlərinə görə, müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət xüsusi qrup azad edilmiş ərazilərdə vəziyyətin öyrənilməsi ilə məşğul olur.
"Hazırda monitorinq davam edir. Qanunsuz təsərrüfat fəaliyyət nəticəsində vurulan ekoloji zərərin hesablanması üçün hər kənd, hər sahə üzrə, hər məntəqə üzrə qiymətləndirmə işləri aparılır", - dövlət başçısı respublikanın Kəlbəcər rayonunda təxminən 60 min hektar meşə sahəsinin kəsildiyini xatırlatdı.
"Bu, peyk vasitəsilə əldə etdiyimiz fotolarda öz əksini tapıb. Həmçinin, transsərhəd çayların çirklənməsi ilə bağlı narahatlıq var. Zəngilan rayonundan axan Oxçuçay çayının suları artıq saralıb. Bu sözün əsl mənasında ekoloji fəlakətdir", - prezident əlavə edib.
Əliyev vurğulayıb ki, həmçinin işğaldan azad olunmuş ərazilərdə mülkiyyətə dəymiş zərərlə bağlı hesablamalar davam edir, qeyri-qanuni fəaliyyətin nəticələri təhlil olunur. “Nəinki separatçıların özləri, həmçinin müxtəlif ölkələrdəki erməni diasporunun nümayəndələri bu fəaliyyətlərlə məşğul olublar. Onlar ədalət mühakiməsi qarşısında cavab verməlidirlər”, - dövlət başçısı deyib. **
R.Əhmədov