Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Qırğız Respublikasının prezidenti Sadır Japarova zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat verib.
“İlham Əliyev Sadır Japarova ad günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı və ali dövləti fəaliyyətində uğurlar arzulayıb”, - məlumatda deyilir.
Japarov göstərilən diqqətə və təbrikə görə Əliyevə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında Azərbaycanın və Qırğızıstanın SPECA, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanıb.
Çərşənbə günü Qırğızıstan prezidenti Sadır Japarov ad gününü qeyd edir, onun 55 yaşı tamam olur. **
İnformasiya şöbəsi