Qəzza zolağında humanitar vəziyyət inanılmaz dərəcədə mürəkkəbləşib. Bu barədə çərşənbə günü BMT-nin insan haqqları üzrə ali komissarı Folker Tyurk bəyan edib.
«Humanitar sahədə çalışan həmkarlarım vəziyyəti apokaliptik kimi təsvir etdilər», - Tyurk Cenevrədə keçirilən mətbuat konfransında bildirib. Avropa mətbuatı onun sözlərindən sitat gətirir.
Tyurk cəlb olunan tərəfləri təcili olaraq vəziyyətin deeskalasiyası üçün tədbirlər görməyə çağırıb.
Onun sözlərinə görə, o, İsrailə, Qəzza zolağına və İordan çayının Qərb sahilinə səfər etmək üçün icazə almaq istəsə də, onu almayıb. **