ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn məlumat verib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş keçirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüşümüz oldu. İkitərəfli əməkdaşlığın dərinləşməsi və sülhün dəstəklənməsi, regionda sabitlik və rifaha yönələn ideyalarla bölüşüb”, - O’Brayn çərşənbə günü “X” hesabında yazıb.
Xəbər verildiyi kimi, çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüş keçirib. Görüşdə Bakı və Vaşinqton arasında əməkdaşlıq məsələləri, Cənubi Qafqazda mövcud vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinin perspektivləri müzakirə olunub. **
İnformasiya şöbəsi