Xəzər dənizinin Azərbaycan akvatoriyasında 5,6 maqnitudada yeraltı təkanlar qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Bakı vaxtı ilə saat 08:16-da qeydə alınan zəlzələnin episentri Sumqayıt şəhərindən 69 km aralıda olub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin maqnitudası 5,4 olub.*