Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumatlara görə, zəlzələ ocağı Xəzər dənizində 68 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakıda və digər şəhərlərdə hiss olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə quruma məlumat daxil olmayıb.
Bakı Metropolitenindən bildirilib ki, qatarların hərəkəti normal rejimdə və qrafikə uyğun həyata keçirilir.*
Xəbərlər şöbəsi