Hazırda İsrail HƏMAS-la danışıqlar aparmır və hesab edir ki, girovların azad edilməsinə yalnız güc metodları ilə təsir etmək mümkündür. Bunu İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman deyib.
“Hazırda vasitəçilərin iştirakı ilə heç bir danışıqlar aparılmır. İsrailin baş naziri danışıqlar qrupunu Qətərdən çıxarıb. Girovlarımızın azad edilməsinə təsir edə biləcək yeganə amil sərt hərbi gücün tətbiqidir”, - deyə o, “İzvestiya” nəşrinə bildirib.
Gendelman qeyd edib ki, İsrail 2011-ci ildə münaqişə tərəfləri arasında qeyri-mütənasib mübadilənin baş verdiyi hadisələrin təkrarlanmasına imkan verməyəcək. Həmin vaxt İsrail Müdafiə Ordusunun hərbçisi Gilad Şalit 1027 fələstinli məhbusun müqabilində azad edilmişdi.
Hazırda HƏMAS Qəzzazolağında 138 nəfəri girov saxlayır.*