Azərbaycanlı mütəxəssislər dekabrın 11-dən 15-dək Rusiya Federasiyasına səfər çərçivəsində bu ölkənin taxılın keyfiyyətinə və təhlükəsizliyinə karantin fitosanitar nəzarəti və pestisidlərin qalıq miqdarına nəzarətin təmin edilməsi sistemi ilə tanış olmağı planlaşdırırlar.
“Rosselxoznadzor”un məlumatına görə, Azərbaycan nümayəndələri qurumun tabeliyində olan və taxılın və taxıl emalı məhsullarının xarici ölkələrin tələblərinə uyğunluğunun təsdiqlənməsini həyata keçirən müəssisə və laboratoriyalara baş çəkəcəklər. Bu obyektlər Moskva şəhəri, Moskva vilayəti və Rostov-na-Donuda yerləşir.
Azərbaycanlı mütəxəssislər Rostov-na-Donu və Azovdakı dəniz limanlarına da baş çəkəcək, Rusiya taxılının ixraca göndərilməsi prosesini qiymətləndirəcəklər.
Dekabrın 15-də Moskvada “Rosselxoznadzor” və Azərbaycanın müvafiq qurumunun nümayəndələri arasında danışıqlar aparılacaq.*