Aqrar Sığorta Fondu 2023-cü ilin yanvar-noyabr aylarında fermerlərə 2 milyon 742 min manat sığorta ödənişi həyata keçirib.
Fondun məlumatına görə, bitkiçilik təsərrüfatları üzrə 2,044 milyon manat, heyvandarlıq təsərrüfatları üzrə isə 698 min manat sığorta ödənişi verilib.
Aqrar Sığorta Fondu 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat ödəniş edib. 2023-cü ilin yekunları üzrə sığorta ödənişlərinin 6 milyon manata qədər olacağı gözlənilir.*
R.Əhmədov