2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyon 893,679 min turist gəlib. Bunu Azərbaycan Turizm Bürosunun Tədqiqat və İnkişaf Departamentinin rəhbəri Nicat Abbaslı deyib.
“Bu ilin noyabr ayında Azərbaycana 169,461 min xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur. 11 ay ərzində Azərbaycana turist axını 1 milyon 893,679 min nəfər təşkil edib, bu isə ötən ilin müvafiq dövrünə nisbətən 30% çoxdur”, - deyə N.Abbaslı bu gün “Azərbaycan Turizm Sammiti 2023”də bildirib.
Onun sözlərinə görə, turist axınının artmasına baxmayaraq, Azərbaycana gələn turistlərin sayı pandemiyadan əvvəlki dövrlə - 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 35% azdır.
N.Abbaslı qeyd edib ki, bu vəziyyət Azərbaycanın quru sərhədlərinin bağlı olması və nəticədə Gürcüstan və Rusiyadan turist axınının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır.*
X.Nəsirzadə