Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
“Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, iqtisadi-ticarət, enerji, humanitar minatəmizləmə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.
Siyasi məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Elnur Məmmədov qarşı tərəfə Ermənistanla münasibətlərin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.*
Xəbərlər şöbəsi