Dekabrın 7-də Danimarka parlamentində ictimai yerlərdə dini kitabların təhqir olunmasını, o cümlədən yandırılmasını qadağan edən qanun qəbul edilib. Bu barədə Avropa KİV-ləri məlumat yayıb.
Söhbət xüsusilə Qurani-Kərim və İncildən gedir.
Sənəd üçüncü oxunuşda təsdiq edilib və 179 deputatdan 94-ü lehinə səs verib.
Sənədə əsasən, qanunu pozanlar cərimələnəcək və ya iki ilədək müddətə azadlıqdan məhrum ediləcək.*