Türkiyənin EXON Biomedikal Sağlıq Xidmətləri Sənaye və Ticarət Anonim Şirkəti Naxçıvan Muxtar Respublika Xəstəxanasının laboratoriyasının modernləşdirilməsi layihəsinə 5 milyon manat sərmayə qoyub.
“İnterfaks-Azərbaycan” agentliyinin bölgə müxbiri xəbər verir ki, laboratoriyada klinik laborator diaqnostikasının bütün sahələri üzrə keyfiyyətli xidmət göstəriləcək.
“Bu, Naxçıvanın səhiyyə sahəsində ilk xarici investisiyadır. Naxçıvan MR-də həyata keçirilən islahatlarla xarici investorları muxtar respublika səhiyyəsinə investisiya qoymağa təşviq edirik və bu, muxtar respublikada tibbi xidmətin keyfiyyətinin yaxşılaşmasına və inkişafına yönəlmiş ilk xarici investisiyadır”, - deyə agentliyin müsahibi bildirib.
Laboratoriya tezliklə istifadəyə veriləcək.*
Q.Hüseynova