İsveçrə 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 82 ton əczaçılıq məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 57,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İsveçrə Gömrük İdarəsinə istinadən xəbər verir.
İsveçrədən Azərbaycana əczaçılıq məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,7% artaraq 35,2 milyon frank (36,1 milyon avro) təşkil edib.
İxracın əmtəə strukturunda dərman vasitələri (mal nomenklaturasının kodu - 3004) üstünlük təşkil edib, İsveçrədən Azərbaycana dərman vasitələrinin ixracı miqdar ifadəsində 56,9% - 80 tona qədər artıb, dəyər ifadəsində isə 7,2% - 34,3 milyon franka (35,2 milyon avro) qədər artıb.
İsveçrə Gömrük İdarəsinin son məlumatına görə, 2022-ci ildə İsveçrə Azərbaycana 36 milyon frank dəyərində (35,7 milyon avro, artım 4,7 dəfə) 67 ton əczaçılıq məhsulları (artım 34,1%) ixrac edib.**
R.Kərimov