Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pirallahı Sənaye Parkında “Supreme Pharmatech Manufacturing” müəssisəsində tikinti işlərinin gedişi ilə tanış olub.
"Pirallahı Sənaye Parkında “Supreme Pharmatech Manufacturing" şirkətinin bioloji aktiv qida əlavələri və dərman vasitələri istehsalı müəssisəsində tikinti işlərinin gedişi ilə tanış olduq. Müəssisənin açılışı 2024-cü ildə planlaşdırılıb", - Cabbarov “X” sosial şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, müəssisə Azərbaycanda əczaçılıq sənayesi sahəsində istehsalın lokallaşdırılması çərçivəsində növbəti layihədir və bu məhsulun idxalından asılılığın azalmasına kömək edəcək.
Xəbər verildiyi kimi, müəssisə 2,5 hektar ərazisində yerləşəcək. Layihəyə sərmayələr 8,3 milyon manat həcmində qiymətləndirilir. Müəssisənin istifadəyə verilməsi 56 iş yerinin açılmasın aimkan verəcək. **
B.Rüstəmbəyov