Cümə günü Ankara şəhərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib.
“İnterfaks-Azərbaycan” Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlarda iki ölkənin HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
“Bundan başqa, qərargah danışıqları zamanı hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, həmçinin müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
MN-dən məlumat verilir ki, Azərbaycan nümayəndə heyəti Türkiyə HHQ-nin hərbi hissələrini və hərbi təhsil müəssisələrini ziyarət edib. **
X.Nəsirzadə