Milli Məclisin (parlament) sədri Sahibə Qafqarova hesab edir ki, 2024-cü il dekabrın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri kənar təxribatların qarşısını almaq məqsədilə ölkənin siyasi sistemini möhkəmləndirməyə imkan verəcək.
«Düşünürəm ki, növbədənkənar prezident seçkiləri (...) Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlər tərəfindən təxribatların qarşısını almaq məqsədilə siyasi sistemin daha da möhkəmlənməsini təmin edəcək», - Qafarova cümə günü keçirilən parlamentin plenar iclasında bildirib.
Onun sözlərinə görə, növbədənkənar seçkilərin keçirilməsi ümumi qəbul edilmiş dünya təcrübəsidir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2024-cü il dekabrın 7-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb.
Azərbaycan Prezidenti seçkiləri sonuncu dəfə 2018-ci ilin yazında keçirilib. Qanunvericiliyə əsasən, Azərbaycan Prezidenti 7 il müddətinə seçilir.**
R.Əhmədov