Azərbaycan 2023-cü ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrinə 2,8 milyard kubmetr qaz ixrac edib, hesabat dövründə tədarük cari ilin yanvar-mart aylarının səviyyəsində qalıb.
“İnterfaks-Azərbaycan” Avropa Komissiyasınınmövcud məlumatları əsasında xəbər verir ki, Avropa qaz bazarında vəziyyətə dair rüblük hesabata əsasən, ikinci rübün yekunları üzrə Aİ-nin qaz idxalının ümumi həcmində Azərbaycanın payı 6,5% təşkil edib.
AK Avropanın qaz nəqli sistemləri operatorları şəbəkəsi (ENTSOG) platformasının məlumatlarına əsaslanır.
Öncə məlumat verilib ki, 2023-cü ilin birinci rübündə Azərbaycandan Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükü 2,8 milyard kubmertr təşkil edib. Beləliklə, “İnterfaks-Azərbaycan”ın hesablamalarına görə, AK-yə əsasən, birinci yarımillikdə Bakı Aİ-yə 5,6 milyard kubmetr qaz ixrac edib.
Hesabatda qeyd olunur ki, II rübündə Aİ boru kəmərləri ilə 43,2 milyard kubmetr qaz idxal edib, bu da birinci rübün göstəricisindən 4,6% çoxdur və ötən ilin analoji dövrü ilə müqayisədə 29% azdlr.
Yanvar-iyun aylarında Avropaya boru kəməri ilə qaz tədarükçülərinin ilk beşliyinə daxil olub: Norveç – 20,6 milyard kubmetr (47,7% pay), Şimali Afrika – 8,5 milyard kubmetr (19,6%), Rusiya – 5 milyard kubmetr (12,4%), B.Britaniya – 6 milyard kubmetr (13,8%) və Azərbaycan – 2,8 milyard kubmetr (6,5%).
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac olunub. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.**
R.Kərimov