2024-cü il üçün Dövlət Neft Fondunun (ARDNF) büdcəsi 826,977 milyon manat səviyyısində proqnozlaşdırılır.
2024-cü il üçün ARDNF-nin gəlirləri 12 milyard 73 milyon 255,5 min manat (2023-cü il üçün proqnozdan 26,1% az), xərcləri – 12 milyard 900 milyon 332,5 min manat (+8,9%) səviyyəsində proqnozlaşdırılır.
Bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcə layihəsi üzrə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi rəydə bildirilib.
2024-cü il üçün ARDNF-nin gəlirləri bir barel neftin orta qiyməti $60-dan və 1 min kubmetr qazın qiyməti $511 səviyyəsində hesablanıb (2023-cü il üçün - $60).
Layihəyə əsasən, 2024-cü ildə Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-ə daxilolmalar 8 milyard 146 milyon 218,8 min manat və ya fondun bütün gəlirlərinin 67.5%-ni (2023-cü ilin proqnozundan 30,8% az) təşkil edəcək.
Neft-qaz şirkətləri tərəfindən ödəniləcək bonuslar 767 milyon 244,4 min manat, tranzit gəlirləri 24 milyon 223,4 min manat, ARDNF-in valyuta aktivlərinin idarə olunmasından əldə edilən gəlir - 3 milyard 131 milyon 968,3 min manat, akrhesabı ödənişlər – 3 milyon 600,6 min manat məbləğində proqnozlaşdırılır.
ARDNF-in xərclərinin strukturunda 12 milyard 781 milyon manat dövlət büdcəsinə transfertlərin (2023-cü ilin göstəricisindən 8,9% çox - İF), 33 milyon 526 min manat 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının icrası xərclərinin payına düşəcək.
Bundan başqa, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 38 milyon 246,5 min manat, “2022-2026-cı illər üçün Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Dövlət Proqramının maliyyələşdirilməsi xərcləri 47 milyon 460 min manat məbləğində nəzərdə tutulub.
ARDNF-in 2023-cü il büdcəsinin gəlirləri 16 milyard 337,5 milyon manat, xərcləri isə 11 milyard 392 milyon 336,5 min manat həcmində təsdiqlənib. Beləliklə, Fondun büdcəsinin profisiti 4 milyard 487 milyon 463,5 min manat məbləğində proqnozlaşdırılır.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
B.Rüstəmbəyov