2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məcburi sosial fondlara ayırmalar üzrə yığımı artırıb.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, DVX-nin məlumatına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,6 milyard manat (2022-ci ilin 11 ayının göstəricisindən artım 13,9% və ya 565,2 milyon manat) təşkil edib. Həmçinin, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard manat (+15.8%) təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 163,6 milyon manat (+ 15,2%), qeyri-büdcə təşkilatları üzrə daxilolmalar - 121,2 milyon manat (+16,4%) təşkil edib.
Yanvar-noyabr aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 842 milyon manat (+14,8%), o cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 593,3 milyon manat (+17%)təşkiledib. **
B.Rüstəmbəyov