Azərbaycan Mərkəzi Bankı (AMB) “Naxçıvansığorta” ASC-nin lisenziyasının ləğv edilməsi barədə məlumat verir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziya ləğv edilib”, - məlumatda qeyd olunur.
Həmçinin, AMB-dən bildirilir ki, sığorta şirkətinin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. “Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq”, - tənzimləyici vurğulayır.
Beləliklə, Azərbaycanda fəaliyyət lisenziyasına malik olan sığorta şirkətlərinin sayı 19-dək azalıb.
“Naxçıvansığorta” ASC 14 mart 2014-cü ildə dövlət qeydiyyatından keib və 13 may 2022-ci ildə lisenizya alıb. Şirkət yalnız Naxçıvan Muxtar Respublikası ərazisində sığorta xidmətləri göstərir. **
X.Nəsirzadə