Rusiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilməsi üçün Azərbaycana 22 layihə təqdim ediblər. Bu barədə Milli Məclisin deputatı Nizami Səfərov bəyan edib.
«Dekabrın 8-nə olan vəziyyətə görə, Rusiya şirkətlərinin 22 layihəsi Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, ADY də daxil olmaqla Azərbaycanın strukturları tərəfindən nəzərdən keçirilir”, - Səfərov cümə günü Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci yubiley iclasında bildirib.
O, həmçinin qeyd edi ki, cari ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $3 milyardı keçib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20% çoxdur.
Onun sözlərinə görə, 1995-2022-ci illərdə Azərbaycan iqtisadiyyatına Rusiyanın birbaşa sərmayələrinin həcmi $8 milyarda yaxın təşkil edib, bunun $6 milyardı qeyri-neft sektorunun payna düşüb. Öz növbəsində, Azərbaycan RF iqtisadiyyatına $1 milyarddan çox sərmayə qoyub.
“Azərbaycanda Rusiya kapitalı ilə 1,742 min kommrsiya müəssisəi qeydiyyata alınıb, onların 1,247 mini – fəal qitisadi fəaliyyəti olan şirkətdr”, - Səfərov vurğulayıb.
O, həmçinin cari ilin 10 ayı ərzində RF-dən Azərbaycana turist axınında 45% artım qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycanla RF-nin 16 şəhəri arasında hava əlaqəsi təşkil olunub.
Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin öz növbəsində qeyd edib ki, yubiley iclasının gündəliyi genişdir. İclasda ticarət-iqtisadi məkdaşlıq, təhlükəsizlik məsələləri, o cümlədən, regionlararası əməkdaşlıq müzakirə olunacaq.
Yatskin həmçinin Azərbaycanın nümayəndə heyətini 2024-cü il sentyabrın Avrasiya Qadınlar Forumuna dəvət edib. **
X.Nəsirzadə