Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk arasında görüş keçirilib. Bu barədə Rusiya hökuməti məlumat verir.
Görüş zamanı tərəflər Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iş gündəliyinə daxil olan ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərini nəzərən keçiriblər.
Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüş zamanı Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 2023-cü ilin yanvar-oktyabr aylarında artması 2022-ci ilin eyni dövrünə nisbətən 20% təşkil etdiyi qeyd olunub.
Tərəflər əməkdaşlığın bütün istiqamətləri üzrə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. **