Misir prezidenti Əbdülfəttah Əs-Sisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Bu barədə şənbə günü Misir liderinin dəftərxanası məlumat verir.
Məlumatında qeyd olunur ki, «telefon danışığı zamanı, xüsusilə Qəzza zolağında regional vəziyyət müzakirə olunub».
Əs-Sisi həmsöhbətinə Qahirənin İsrail və HƏMAS arasında atəşkəs razılaşması, habelə Qəzza zolağına humanitar yardımın çatdırılması ilə əlaqədar səylərindən söz açıb. **