Qazaxıstan dünyada «sarsıntılara» baxmayaraq hər zaman Rusiya ilə olacaq. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Euronews telekanalına müsahibəsində məlumat verib.
"Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır. Rusiya ilə dünyanın ən uzun quru sərhəddimiz var. Və bizim yaxşı əməkdaşlıq ənənələrimiz var ki, onları qorumaq lazımdır. İnanıram ki, beynəlxalq arenada baş verən bəzi sarsıntılara baxmayaraq, biz daim birlikdə işləyəcəyik", - Qazaxıstan lideri Rusiyanın dünyada mühüm rol oynadığını vurğulayıb. **
V.Əliyev