ABŞ Dövlət Departamenti İsrailə $106,5 milyon dəyərində tank mərmiləri və müşayiət olunan avadanlıqların göndərilməsini təsdiqləyib. Bu barədə «Reuters» Pentaqondakı mənbələrə istinadən yazır.
Söhbət 120 mm kalibrli çoxməqsədli tank əleyhinə qəlpə-fuqas mərmilərindən gedir.
Dekabrın 8-də ABŞ prezidenti Administrasiyası konqresdən İsrailə Qəzza zolağında İMO-nun (İsrail Müdafiə Ordusu) əməliyyatında istifadə üçün 45 min ədəd tank mərmisinin istəyib satışına icazə verilməsini xahiş edib. «Reuters» qeyd edir ki, sorğu İsrail və HƏMAS arasında münaqişədə ABŞ silahlarından istifadə ilə bağlı artan narahatlıq fonunda daxil olub. **
V.Əliyev