Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfərə gəlib.
Niş şəhərinin “Konstantin Veliki” hava limanında Əliyevi Serbiya baş nazirinin müavini, maliyyə naziri Sinişa Mali və digər rəsmi şəxslər qarşıladılar. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Azərbaycan prezidenti İlham Əliyev, Serbiya prezidenti Aleksandar Vuçiç və Bolqarıstan prezidenti Rumen Radev Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirak edirlər. Bu İnterkonnektor ilə Azərbaycan qazı Serbiyaya nəql olunacaq. **
V.Əliyev