BMT-nin baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının Qəzza zolağında atəşkəs rejiminin tətbiqinə nail ola bilməməsindən təəssüfləndiyini bildirərək, bu problemə münasibətdə müxtəlif mövqelərin bu BMT strukturunun işini iflic etdiyini qeyd edib.
“BMT Təhlükəsizlik Şurası geostrateji fikir ayrılıqları ilə iflic olub, onun nüfuzu və etimad ciddi şəkildə sarsılıb», - o, Qətərin Doha şəhərində keçirilən beynəlxalq forumun açılışında bildirib. Onun çıxışını “Əl-Cəzirə” telekanalı yayımlayıb.
«Mən yenidən humanitar atəşkəs elan edilməsi ilə bağlı çağırış etdim, təəssüf ki, Təhlükəsizlik Şurası bunu həyata keçirə bilmədi», - deyə Quterriş xatırladıb ki, BMT Təhlükəsizlik Şurası Qəzzada atəşkəs barədə qətnamə qəbul edə bilməyib.
«Lakin söz verə bilərəm ki, təslim olmayacağam və atəşkəs çağırışını davam etdirəcəyəm», - baş katib vurğulayıb. **