Azərbaycan prezidenti İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı Şərqi Avropa Qrupuna daxil olan ölkələrin COP29-un Bakıda keçirilməsinə dəstəyini bir daha dostluğun nümunəsi kimi qiymətləndirib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
“Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz “yaşıl” enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim “yaşıl” enerji layihələri ilə bağlı keçiriləcək”, - dövlət başçısı qeyd edib. **
V.Əliyev