Azərbaycan prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində Niş şəhərində Bolqarıstan prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulayan dövlət başçıları bu münasibətlə bir-birinə təbriklərini çatdırdılar.
“Söhbət zamanı Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmi bir daha qeyd edildi”, - məlumatda deeyilir.
Əliyev görüş zamanı Bolqarıstan prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu. **
V.Əliyev