2023-cü ildə Azərbaycan qazının Bolqarıstana tədaükü 1 milyard kubmetrə yaxın təşkil edəcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“(...) Bizim Bolqarıstana qaz təchizatımız iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır”, - Əliyev bazar günü Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında deyib. **
A.Əzizov