Bolqarıstan prezidenti Rumen Radev Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində Azərbaycanın həlledici rolunu qeyd edir.
“Azərbaycan Mərkəzi və Şərqi Avropada təbii qaz təchizatının şaxələndirilməsində həlledici rol oynayır. Biz bunu yüksək qiymətləndiririk”, - Radev bazar günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, Sofiya Azərbaycanın COP29-a ev sahibliyinə namizədliyini dəstəkləyib.
“Bildiyiniz kimi, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə (CO29-un keçirilməsi üçün - İF) qadağa qoyub. Yeganə həll yolu Azərbaycan və ya Ermənistanın ev sahibi olmasıdır. Biz sizin ölkənizin namizədliyinə sevinirik və onu dəstəkləyirik”, - Bolqarıstan lideri qeyd edib.
Bolqarıstan Azərbaycan qazının iri alıcılarından biridir. 2023-cü ildə Bolqarıstana Azərbaycan qazının tədarükünün həcmi təxminən 1 milyard kubmetr təşkil edəcək. **
A.Əzizov