İsrail hökumətinin başçısı Benyamin Netanyahu bazar günü Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
İsrailin baş nazirinin nümayəndəsi “The Times of İsrael”ə məlumat verib ki, söhbət 50 dəqiqə davam edib.
Nəşr baş nazirin dəftərxanasının məlumatına istinadən xəbər verir ki, Netanyahu Rusiya prezidentinə Moskvanın ikili İsrail və Rusiya vətəndaşlığı olan şəxsin HƏMAS-ın əsirliyindən azad edilməsi səylərinə görə təşəkkür edib. O, həmçinin Putini Qırmızı Xaç Komitəsinin əməkdaşlarının HƏMAS-ın girovluğunda qalan israilliləri ziyarət etmələri və onlara dərman çatdırmaları üçün təşkilata təsir göstərməyə çağırıb.
Eyni zamanda, İsrailin baş nazirinin dəftərxanasının rəsmi məlumatına əsasən, Netanyahu Rusiya ilə İran arasında əməkdaşlıqdan, eləcə də Moskvanın nümayəndələrinin BMT-də və digər beynəlxalq meydançalarda çıxış etdikləri RF-nin İsraillə bağlı mövqeyindən narazılığını bildirib. **