Səhiyyə Nazirliyi Bakı şəhəri 4 nömrəli Uşaq Vərəm Sanatoriyasının köhnə binası sökülməklə onun ərazisində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına “HINAL PROJE” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 127,44 min manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 15 yanvar 2024-cü il tarixinə qədərdir.*
R.Kərimov