Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Laçın rayonunun 581 ailəlik (birinci mərhələdə -150 ailəlik) Güləbird kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərinə 1,5 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Rabitəinşaat” ASC müvafiq tenderin qalibi olub (təklif dəyəri 1 milyon 472,2 min manatdır).
Sözügedən işlər il ərzində həyata keçirilməlidir.*
R.Kərimov